12 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində III kurs Texnologiya müəllimliyi ixtisasında Fizika kafedrasının baş müəllimi Məmmədov Elçin Misir oğlunun “Elektron texnologiyalarından istifadənin əsasları ” fənnindən “Elektron cihazları haqqında ümumi məlumat. Elektron emissiyası” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dekan müavini dos.E.X.İsmayılov., professor – müəllim heyəti üzvlərindən dos.M.C.Tağıyeva., dos.S.P.İsgəndərova., b/m.İ.M.Mövsümova., müəl.A.C.Məmmədzadə., müəl.f.f.d.A.Həmzəyeva., müəl.İ.A.Seyidova., müəl.N.Ə.Verdiyeva., müəl.R.A.Abbasov., müəl.T.T.Tahirova iştirak edirdilər.
b.m.E.Məmmədov açıq dərsdə iştirak edən professor – müəllim heyətini salamladıqdan sonra kompyuter texnikasından istifadə etməklə mövzunu izah etdi. O, müxtəlif növ elektron cihazlar, onların quruluşu, prinsipial elektrik sxemi haqqında tələbələrə məlumat verdi. Bu zaman tələbələrlə bacarıqla kommunikativ ünsiyyət quraraq, onları əvvəlki mühazirələrdən aldıqları məlumatlar əsasında yeni mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 28 balla “əla” qiymətləndirildi.