13 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsində II kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının baş müəllimi, p.f.d. Rüstəmova Samirə Kamandir qızının “Fizikanın tədrisi metodikası” fənnindən “Fizikanın tədrisində məsələ həllinin əhəmiyyəti. Fizika məsələlərinin təsnifatı və həlli üsulları” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., professor – müəllim heyəti üzvləri iştirak edirdilər.
B/m.S.K.Rüstəmova mövzunu tələbələrə əyani tədris vasitələrindən istifadə etməklə izah etdi. Müxtəlif növ məsələlərə aid nümunələr göstərdi.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs “yaxşı” qiymətləndirildi