20.04.2022-ci il tarixdə Fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Talıbova Türkanə Afər qızının Gəncə şəhər 25 saylı tam orta məktəbinin  7(A) sinfində  Fizika fənnindən “Rəqsi hərəkət. Mexaniki rəqslər və dalğalar” mövzusunda sınaq dərsi.

20 aprel 2022- ci il tarixdə  Gəncə  Dövlət Universitetinin Fizika və texniki fənlər  fakültəsinin “fizika müəllimliyi” ixtisasının IV kurs tələbəsi Talıbova Türkanə Afər qızının Pedaqoji təcrübə çərçivəsində  Gəncə şəhər 25 saylı tam orta məktəbinin  7(A) sinfində  fizika fənnindən “Rəqsi hərəkət. Mexaniki rəqslər və dalğalar” mövzusunda sınaq dərsi keçirildi.

Sınaq dərsində Fizikia və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev.,  Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev.,  GDU –nun Təcrübə və karyera şöbəsinin müdiri  dos.C.İ.Qarayev., pedaqoji təcrübə rəhbərləri dos.R.K.Hüseynov., müəllim R.A.Abbasov.,  IV kurs tələbələri L.O.Əşrəfova., R.E.Quliyeva., T.E.Kəlbəliyeva və həmin sinfin fizika müəllimi  Rabil Seyidov iştirak edirdilər.

Türkanə Talıbova əvvəlki dərsi şagirdlərlə birlikdə sorğu sualla təkrar etdikdən sonra əyani vasitələrindən, kompyuter  texnikasından istifadə etməklə  yeni mövzunu bacarıqla şagirdlərə izah etdi.

Sınaq dərsindən sonra T.Talıbovanın keçdiyi dərs yüksək qiymətləndirildi.