21 aprel 2022-ci il tarixdə GDU –nun Fizika və texniki fənlər fakültəsinin II kurs Fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun “Elektrodinamika” fənnindən “Elektromaqnit induksiya qanununun ümumiləşməsi. Vakuum üçün Maksvellin tənliklər sistemi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fakültə dekanı prof.M.S.Quliyev., Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev., dos.V.C.Rüstəmov., dos.S.P.İsgəndərova., dos.M.C.Tağıyeva., b/m.İ.M.Mövsümova., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəl.A.C.Məmmədzadə iştirak edirdilər. dos.Y.N.Namazov açıq dərsdə yüksək pedaqoji ustalıq göstərərək, kompyuter texnikasından istifadə etməklə yeni mövzunu tələbələrə izah etdi. Bu zaman tələbələrlə kommunikativ əlaqələr quraraq, onalrın fərdi xüsusiyyətlərini nəzərə almaqla yeni mövzunun izahına cəlb edirdi.
Açıq dərsin sonunda tələbələrlə birgə müzakirə keçirildi və açıq dərs 34 balla “əla” qiymətləndirildi.