07 oktyabr 2022-ci il tarixdə “Təsviri incəsənət” kafedrasının baş müəllimi Məhərrəmov Əbülfət Paşa oğlunun “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “Rəngkarlıq” fənnindən “Qadın fiqurunun etüdü (işıq – kölgə münasibətlərinin verilməsi)” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Təsviri incəsənət kafedrasının müdiri, prof. M.M.Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən prof.Ş.M.Məmmədov., dos. A.Ə.Hüseynov., b/m.R.Q.Allahverdiyeva, b/m.E.Q.Rəsulova, müəl.A.Səfərova., müəl.A.Ə.Məmmədova iştirak etdilər.
Dərsin təchizatı, tələbələrin dərsdə iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı. Tələbələr praktik işdə işıq – kölgə münasibətlərini yerinə yetirdi.
Açıq dərs müəllim və tələbə heyəti tərəfindən yüksək qiymətləndirilərək “qənaətbəxş” qiymətləndirildi.