11 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin II kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti Namazov Yəhya Binnət oğlunun “Elektrik və maqnetizm” fənnindən “Kondensatorlar” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekanı, prof.M.S.Quliyev, kafedra müdiri dos.N.İ.Quliyev., dekan müavini dos.M.C.Tağıyeva., dos.S.P.İsgəndərova., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəl.R.A.Abbasov iştirak edirdilər.
Dos.Y.B.Namazov açıq dərsdə iştirak edən professor – müəllimheyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından , video – materiallardan istifadə etməklə mövzunu tələbələrə hərtərəfli izah etdi. Bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarla kommunikativ əlaqələr yaradırdı.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 30 balla “əla” qiymətləndirildi.