13 oktyabr 2022-ci il tarixdə Gəncə Dövlət Universitetində Fizika və texniki fənlər fakültəsinin IV kurs “Fizika müəllimliyi” ixtisasında Fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlunun “Bərk cisimlər fizikası” fənnindən “Miller indeksləri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika fakültəsinin dekanı, prof.M.S.Quliyev., GDU rektorunun nümayəndəsi dos.Ü.Əfəndiyev., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., dekan müavini dos.E.X.İsmayılov., b/m.S.X.Musayev., b/m.E.M.Məmmədov., müəl.İ.A.Seyidova iştirak edirdilər.
Dos.R.M.İmanov açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından, video – materiallardan istifadə etməklə mövzunu tələbələrə hərtərəfli izah etdi. Bu zaman tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq onlarla geniş kommunikativ əlaqələr yaradırdı.
Dərs ümumiyyətlə interaktiv təlim metodundan istifadə etməklə keçdi. Müəllimin bütün sənədləri yüksək səviyyədə tətrib olunmuşdur.
Açıq dərsin sonunda tələbələrin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 31 balla “əla” qiymətləndirildi.