14 oktyabr 2022- ci il tarixdə GDU –nun ÜTF və texnologiya kafedrasının texnika üzrə fəlsəfə doktoru, b/m. Hacıyeva Bahar Sabir qızının IV kurs “Texnologiya müəllimliyi” ixtisasında “Texniki termodinamika” fənnindən “Termodinamikanın Birinci qanunu” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun nümayəndəsi dos.Y.B.Namazov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., b/m.M.Ş.Sadıxova., ., b/m.T.Z.Verdiyeva iştirak edirdilər. B/m.B.S.Hacıyeva açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladıqdan sonra kompyuter texnikasından, video – materiallardan istifadə etməklə mövzunu tələbələrə hərtərəfli izah etdi.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.