30 noyabr 2022-ci il tarixdə GDU -nun Fizika və texniki fənlər fakültəsində Fizika kafedrasının 1 illik əmək müqaviləsi ilə işləyən müəllimi Tahirova Tünzalə Tahir qızının I kurs “Fizika müəllimliyi” ixtisasında “Mexanika” fənnindən “Bərk cisimlərin xüsusi çəkisinin təyini” mövzusunda Fizika kafedrasında boş olan müəllim yerini tutmaq məqsədilə təşkil edilmiş açıq laboratoriya dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU-nun Keyfiyyət təminatı mərkəzinin müdiri İsmayıl İsmayılov, kafedranın əməkdaşları dos.S.P.İsgəndərova., b/m.p.f.d. S.K.Rüstəmova., b/m. f.f.d. A.Y.Həmzəyeva iştirak edirdilər.
müəl.T.T.Tahirova açıq dərsə dərsdə iştirak edən əməkdaşları salamladıqdan sonra tələbələrin yerinə yetirəcəkləri laboratoriya işinin nəzəri hissəsi barədə məlumat verməklə başladı. Özü işin məzmunu haqqında ətraflı məlumat verdikdən sonra həmin işi işləyəcək tələbələrlə kommunikativ və konstruktiv əlaqələr quraraq onları sorğu – sualla işə hazırlıq səviyyələrini yoxladı. Tələbələrə işin gedişini izah etdi və onlar işin yerinə yetirilməsinə başladılar. Daha sonra T.T.Tahirova iş barədə ətraflı məlumat verdi və tələbələrə işin yerinə yetirilməsi qaydalarını öyrətdi.
Açıq dərsdən sonra keçirilmiş müzakirədə açıq dərs 30 balla “əla” qiymətləndirildi.