7 dekabr 2023- cü il tarixdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Vaqif Salmanov Gəncə Dövlət Universitetində ustad dərsi keçib.
“Lazer fizikasının son nailiyyətləri” mövzusuna həsr edilən ustad dərsində universitetin Fizika və texniki fənlər fakültəsinin professor-müəllim heyəti və tələbələr də iştirak ediblər.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək professorun elmi nailiyyətlərindən, həmçinin ustad dərsinin əhəmiyyətindən danışıb.
Daha sonra professor Vaqif Salmanovun “Lazer fizikasının son nailiyyətləri” mövzusunda çıxışı dinlənilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları ətraflı cavablandırılıb.