14.XI. 2016- cı il tarixdə b/müəl. K.R.Məmmədovun açıq dərsi keçirildi

kamal-m

14.XI.2016 – cı il tarixində ÜTF və texnologiya kafedrasının baş müəllimi Kamal Rəsul olğlu Məmmədovun  “Ekologiya mühəndisliyi” ixtisasının II kursunda   Mühəndis qrafikası fənnindən  “Görünüşlərin müəyyən edilməsi, eskizin tərtibi, işçi çertyojunun işlənilməsi”  mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə ÜTF və texnologiya kafedrasının müdiri, rektorun səlahiyyətli nümayəndəsi  dos. E.M.Cavadov,  fakültə dekanı prof.M.S.Quliyev.,  kafedranın  professor – müəllim heyəti –  dos. G.R.Əhədova,   b/m. A.H.Əliyeva., b/m.M.Ş.Sadıxova.,  b/m.E.C.Hüseynov., kabinə müdiri Afət Məmmədova iştirak  etmişlər.

 

Müəllim mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli  mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Yeni mövzuda texniki  rəsmxətt nəyi öyrədir və texniki rəsmxətin əsas mövzularından biri olan eskizin tərtib olunması mövzusu üzrə elektron variantda  məlumat verərək lövhədə  geniş izahat verdi.

Açıq dərs tələbələr  və müəllim heyəti tərəfindən “əla” qiymətləndirildi.