8.XI.2016 – cı il tarixində Fizika kafedrasının dosenti Yəhya Binnət olğlu Namazovun “Fizika müəllimliyi” üzrə II kurs tələbələri ilə “Elektrik və maqnetizm” fənnindən “Kontakt hadisələri. Termoelektrik hadisələri” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə monitorinq qrupunun üzvü ÜTF və texnologiya kafedrasının müdiri, rektorun səlahiyyətli nümayəndəsi dos. E.M.Cavadov, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü N.Quliyev., kafedranın professor – müəllim heyətinin üzvlər iştirak etmişlər.
Müəllim mövzunun deyilmə metodikasına uyğun olaraq mövzu ilə əlaqəli mövzulardan başlayaraq, ardıcıllıqla yeni mövzunun izahını başladı. Mövzu üzrə elektron variantda məlumat verərək lövhədə geniş izahat verdi.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirilmişdir.