





16 aprel 2025-ci il tarixdə Hacıyeva Bahar Sabir qızının açıq dərsi keçirildi.
16 aprel 2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi, t.f.d. Hacıyeva Bahar Sabir qızının III kurs “Texnologiya müəllimliyi” ixtisasında “Texniki termodinamika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Dairəvi proses və ya tsikllər. Karno tsikli” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Mətanət Tağıyeva, ÜTF və texnologiya kafedrasının professor –müəllim heyəti üzvlərindən : dos.Gülçimən Əhədova., dos.(attestatsız) Mətanət Sadıxova., b/m.p.f.d.Gülbəniz Hüseynova., b/m.t.f.d. Saidə Tağıyeva , b/m.Elçin Məmmədov., müəl.Samirə Əhmədova iştirak edirdilər.
B/müəl.B.Hacıyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.