“Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs ixtisasında “Rəsm” fənnindən “Cavan qadın başının naturadan rəsmi” mövzusunda (İşıq mənbəyinin təsirinin verilməsi mərhələsi)” mövzusunda açıq dərs keçirildi.

18 aprel 2025-ci il tarixdə  “Təsviri incəsənət”  kafedrasının müəllimi Ağayeva Nəzrin Sahib qızının  “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə  II kurs tələbələri ilə “Rəsm” fənnindən “Cavan qadın başının naturadan rəsmi” mövzusunda (İşıq mənbəyinin təsirinin verilməsi mərhələsi)” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fakül dekan müavini, dos. Elxan İsmayılov, Təsviri incəsənət  kafedrasının müdiri, prof. Mərdan Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən dos. Akif Hüseynov., p.f.d. b/m. Lalə Cahangirova., b/m.Raziyə Allahverdiyev., b/m.Emilya Həsənova, b/m. Esmira Verdiyeva., b/m.Səriyyə Kazımova, müəl. Aybəniz Məmmədova iştirak  etdilər.

Açıq dərsin təşkilati hissəsi normal idi. Dərsə aid əyani vəsaitləri elektron və kağız versiyasında hazırlandı. Müəllim Keçmiş mövzu ilə yeni mövzu arasında əlaqə yaratmağa çalışdı. Yeni mövzuya aid izahı natura üzərində verdi. Auditoriyada müəllim kimi səsi zəif idi. Bəzi çatışmamazlıqları olsada, dərsi ümumilikdə qənaətbəxş hesab etmək olar.

Dərs  “qənaətbəxş” qiymətləndirildi.