




22 aprel 2025-ci il tarixdə “Təsviri incəsənət” kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru, b/m. Cahangirova Lalə Vladimir qızının “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə “Təsviri sənət tarixi” fənnindən “Yunan incəsənəti” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fakültə dekan müavini, dos. Mətanət Tağıyeva, Təsviri incəsənət kafedrasının müdiri, prof. Mərdan Məmmədov və Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən b/m.Raziyə Allahverdiyev., b/m.Emilya Həsənova iştirak etdilər.
Açıq dərsin təşkilati hissəsi normal idi. Müəllim keçmiş və yeni mövzu arasında sual cavab vasitəsilə gözəl əlaqə yaratdı. Yeni mövzu haqqında ümumi məlumat verdikdən sonra mövzuya aid materialı tələbələrdən aldı. Dərsdə tələbələrin aktivliyi və verdikləri cavab yüksək idi. Tələbələrlə müsahibələr əsasən elektron vasitəsiləri ilə aparılırdı. Müəllimin auditoriyada səs tonu və müəllimlik etikası eləcədə tələbələrlə münasibəti gözəl idi. Müəllimin dərsini yüksək qiymətlə qənaətbəxş hesab etmək olar.
Dərs “qənaətbəxş” qiymətləndirildi.