III kurs  “Texnologiya müəllimliyi”  ixtisasında  “Metal məmulatlarının hazırlanma texnologiyası”  fənnindən “Şaybanın hazırlanma texnologiyası ” mövzusunda laboratoriya açıq dərsi keçirildi.

22 aprel 2025-ci il tarixdə müəl. Məmmədzadə Afət Cəlal qızının açıq dərsi keçirildi.

22 aprel 2025 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının müəllimi Məmmədzadə Afət Cəlal qızının III kurs  “Texnologiya müəllimliyi”  ixtisasında  “Metal məmulatlarının hazırlanma texnologiyası”  fənnindən laboratoriya açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Silindrin, konusun hazırlanma texnologiyası” olmuşdur.

Açıq dərsdə GDU- rektorluğunun nümayəndəsi dos.Cəfər İbrahimov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos.Mətanət Tağıyeva, ÜTF və texnologiya kafedrasının professor –müəllim heyəti üzvlərindən : b/m.Elbrus Hüseynov., müəl. İradə Seyidova, müəl.Samirə Əhmədova  iştirak edirdilər.

Müəl. Afət Məmmədzadə  açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə açıq dərs qənaətbəxş qiymətləndirildi.