QIŞ SEMESTRINƏ START VERILDI
5 yanvar 2026- cı il tarixdən Gəncə Dövlət Universitetində 2025-2026-cı tədris ilinin qış semestrinin imtahan sessiyası başladı. 05 yanvar 2026-cı il tarixdə başlayan imtahan sessiyasının 30 yanvar tarixdə yekunlaşması nəzərədə tutulur.
İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” təşkil olunub. Həmçinin imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb.
Qeyd edək ki, payız semestrinin imtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.