





24 fevral 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər və Pedaqoji fakültələrinin professor – müəllim heyəti və tələbələri ilə birgə Xocalı soyqırımının 34 illiyinə həsr edilmiş tədbir keçirildi.
Hər il fevralın 26-da bütün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
İlk sözlə GDU –nun Humanitar məsələləri üzrə prorektor Dos.Gülsüm xanım Fətəliyeva çıxış edərək bildirdi ki, Xocalı azərbaycanlıların minilliklərdən bəri məskunlaşdığı yerdir və burada qədim tarixi abidələr işqal gününə qədər qalmaqda idi. Əslində Xocalı şəhəri 1991 –ci ilin oktyabrından blokadada idi.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Xocalı soyqırımı insanlıq tarixində və insanlığa qarşı işlənmiş ən qəddar, amansız cinayətlərdən biridir. Erməni faşistləri uşaq, qadın və qocalara belə aman vermədilər. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”
Tədbirdə fakültə dekanı professor Muğan Quliyev Xocalı faciəsi haqqında dəyərli və məzmunlu çıxış etdi.
Sonra Pedaqoji fakültəsinin dekan müavini b/m. İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Tağıyeva da çıxış etdilər .
Tədbirdə hər iki fakultənin tələbələri Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya təqdim etdilər.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır.