




FİZİKA KAFEDRASINDA 10 APREL 2026-CI İL TARİXİNDƏ GƏNCƏ DÖVLƏT UNIVERSİTETİNİNN FİZİKA KAFEDRASINDA “GÜNƏŞDƏKİ MAQNİT QASIRĞALARININ TƏBİƏTİ” MÖVZUSUNDA ELMİ SEMINAR KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetinin Fizika kafedrasında “GÜNƏŞDƏKİ MAQNİT QASIRĞALARININ TƏBİƏTİ” mövzusunda elmi seminar baş tutub. Seminarda məruzəçi kimi kafedranın dosenti Rizvan İmanov çıxış edib.
Tədbiri giriş sözü ilə açan Fizika kafedranın müdiri dosent Y. Namazov mövzunun aktual elmi əhəmiyyətini vurğulayaraq, maqnit hadisələrinin təbiətinin öyrənilməsinin müasir fizika üçün vacibliyini qeyd edib.
Məruzəçi kafedranın dosenti Rizvan İmanov məruzəsində Günəşdə maqnit qasırğalarının yaranma mexanizmləri, onların kosmik və yeraltı mühitdə müşahidə olunan təzahürləri, həmçinin bu proseslərin energetik aspektləri barədə ətraflı məlumat verib. Məruzəçi mövcud nəzəri modelləri təhlil edərək, yeni eksperimental nəticələrə əsaslanan yanaşmaları, Günəşdə baş vermiş partlayışların Yerin maqnit sahsinə təsir etməsi ilə canlı orqanizmlərdən başqa geoloji tarazlığı sarsıtması məsələlərini da dinləyicilərə təqdim edib. Məruzə ətrafında geniş müzakirələr aparılıb. Diskussiya zamanı kafedranın müəllimlərindən fizika üzə fəlsəfə doktoru, baş müəllim İmanova Sevinc, mövzu ilə bağlı suallar verib, fikir mübadiləsi aparıb, müxtəlif elmi fərziyyələri və tədqiqat istiqamətlərini dəyərləndiriblər.
Seminarda çıxış edən baş müəllim Musayev Seyfəddin maqnit qasırğalarının təkcə fundamental fizika üçün deyil, həm də geofizika, astrofizika və tətbiqi elmlər üçün önəmini xüsusi qeyd ediblər.Seminar iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Elmi seminar sual-cavab və müzakirələrlə davam etdirilib,bu istiqamətdə aparılacaq araşdırmalarla bağlı gələcək elmi istiqamətlər müəyyənləşdirilib.