




16 aprel 2026-cı il tarixində Fizika kafedrasının baş müəllimi Mövsümova İlhamə Möhkəm qızının I kurs “Fizika müəllimliyi” ixtisasında “Fizikadan əsas anlayışlar və onların tədrisi ” fənnindən “Elektrik sahəsi, potensial gərginlik anlayışlarının elmi – metodik təhlili, formalaşdırılması və tədrisi metodikası” mövzusunda açıq dərsi keçirildi.
Açıq Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekanı prof. Muğan Quliyev., dekan müavini dos. Mətanət Tağıyeva ., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Rizvan İmanov., b/m. Rəşad Abbasov iştirak etmişdilər.
b/m. İlhamə Mövsümova dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun nəzəri hissəsinin izahına başladı. O, mövzunun izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi və bu zaman onların fərdi xüsusiyyətlərini nəzərə alırdı.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.