Fizika kafedrasının növbəti iclası

24 aprel l 2026-cı il tarixində Fizika  kafedrasının növbəti iclası keçirilmişdir. İclasda kafedra müdiri, dosent Yəhya Namazov və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.

İclasın gündəliyində göstərilən  “Fizikanın müasir çağırışları” adlı Respublika Elmi konfransa hazırlığın vəziyyəti, 2025/2026-cı tədris ilində kafedrada yerinə yetirilən magistr dissertasiyalarının icra vəziyyəti, magistraturada elmi pedaqoji və elmi tədqiqat təcrübəsinin yekunları, bakalavrda pedaqoji təcrübənin gedişinin, 2025-2026-cı tədris ilinin yaz imtahan sessiyasında keçiriləcək imtahanların (test və yazılı)  sualları  və yazılı imtahan biletləri müzakirə olunmuşdur.

Gündəlik məsələlər içərisində Magistratura təhsil pilləsinin Fizikanın tədrisi, Tətbiqi fizika (Yarımkeçiricilər və dielektriklər), Yarımkeçirici cihazlar və texnologiyalar ixtisaslaşmaları üzrə Təhsil proqramlarının  fənlərinin təlim nəticələri  (Fənnin təlim nəticələrinin təhsil proqramının təlim nəticələrinə uyğunlaşdırılmasına və fənn sillabuslarının yazılmasına nəzarət komissiyasının hesabatına əsasən) müzakirə  məsələsinə daha önəm verilmişdir. Məsələ ətrafinda geniş müzakirələr aparılmış və yeni təlim  nəticələri qəbul olunmuş və çap olunması məqsədəuyğun sayılmuşdır.

Müzakirə olunan məsələlər üzrə dosent dosent V.Rüstəmov, dosent  Z.Zeynalov, dosent R.Hüseynov, dosent  N.Quliyev,  dosent S.İsgəndərova, dosent  R. İmanov, p.f.d.S.K.Rüstəmova, baş müəllim S.X. Musayev və başqaları çıxış etmişdir.