AÇIQ DƏRS – 04.05.2026

4 may 2026-cı il tarixində Fizika kafedrasının  dosenti Hüseynov Rasim Köçəri oğlunun  II kurs “Fizika müəllimliyi” ixtisasında “Optika” fənnindən  “İşıq maddə ilə qarşılıqlı təsiri. Fotoeffekt hadisəsi. Fotoeffektin növləri. ” mövzusunda laboratoriya məşğələsi açıq dərsi keçirildi.

Açıq Dərsdə Fizika və texniki fənlrər fakültəsinin dekan müavini Mətanət Tağıyeva., Fizika kafedrasının müdiri dos.Yahya Namazov, kafedranın professor – müəllim heyəti üzvlərindən dos.Vaqif Rüstəmov., dos. Niyazi Quliyev., dos.Səyyarə İsgəndərova iştirak etmişdilər.

dos. Rasim Hüseynov dərsə başlamazdan əvvəl açıq dərsdə iştirak edən  professor – müəllim heyəti üzvlərini salamladı. Daha sonra kompyuter texnikasından istifadə etməklə mövzunun  nəzəri  hissəsinin izahına başladı.  O, mövzunun  izahı zamanı tələbələri mövzunun izahına cəlb edirdi.

Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “qənaətbəxş” qiymətləndirildi.