


6 may 2026-cı il tarixdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasında növbəti Elmi Seminar keçirildi. Kafedranın müəllimi Ağayeva Nəzrin Sahib qızı “Ali incəsənət təhsilində yağlı boya texnikasının nəzəri və praktik tədrisinin balansı: material, metod və yaradıcılıq prosesi” adlı mövzusu ilə çıxış etmişdir.
Elmi seminarda Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti iştirak edirdi. Elmi seminar Təsviri incəsənət təhsili sahəsində “Ali incəsənət təhsilində yağlı boya texnikasının nəzəri və praktik tədrisinin balansı: material, metod və yaradıcılıq prosesi” mövzusuna həsr olunmuşdur. Müəllim çıxışında nəzəri biliklərlə praktik bacarıqların vəhdətinin tələbələrin yaradıcılıq inkişafına təsiri vurğulandı. Eyni zamanda, material seçimi və tədris metodlarının düzgün qurulmasının əhəmiyyəti izah edildi. Seminar iştirakçıları ilə mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı. Məruzə ətrafında kafedra müəllimləri öz fikirlərini bildirərək çıxılş etdilər.