Gəncə Dövlət Universitetinin Fizika  kafedrasında magistr dissertasiyalarının ilkin müzakirəsi keçirilib.

20 may 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Fizika  kafedrasında magistr dissertasiyalarının ilkin müzakirəsi keçirilib.

Magistratura şöbəsinin  II kurs tələbələrindən  Fizikanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə Mehdizadə Natiq İsmayıl oğlu, Məmmədova Elnarə Arif qızı, Həsənli Vüsal Mehman oğlu, Yarımkeçiricilər fizikası ixtisası üzrə Nəbizadə Nuray Həsən qızı, Dadaşlı Çiçək Tahir qızı və  Yarımkeçirici cihazlar və mikroelektronika ixtisası üzrə Allahverdiyeva Gülsüm Mansur qızı, Salmanov Cavad Füzuli oğlu dissertasiya işləri təqdim olunaraq elmi müzakirəyə çıxarılıb.

İlkin müdafiə zamanı Fizika kafedra müdiri, dosent Y.B.Namazov   və Magistratura şöbəsinin müdiri, dosent E.K.Yaqubov  magistrantların elmi fəaliyyəti, tədqiqat mövzularının aktuallığı və aparılan araşdırmaların elmi-praktik əhəmiyyəti barədə çıxış ediblər. Bildirilib ki, təqdim olunan dissertasiya mövzuları müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı, təhsil və istehsalat sahəsində aktual məsələləri əhatə edir.

Müzakirələr zamanı magistrantlar təqdim olunan sualları dolğun şəkildə cavablandıraraq tədqiqat işlərinin əsas məqamlarını ətraflı izah etdilər. İlkin müzakirələrin yekununda  üç ixtisas üzrə yeddi magistrlik dissertasiya işinin müdafiəyə tam hazır olduğu qeyd olundu.

Magistrlik  dissertasiya işlərinin mövcud elmi və metodiki tələblərə cavab verdiyi nəzərə alınaraq onların müdafiəyə buraxılması məqsədəuyğun hesab edildi.