AÇIQ DƏRS – 20.05.2026

20 may 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının  baş müəllimİ Verdiyeva Esmira Hüseyn qızının  III(1) kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “Dekorativ tətbiqi sənət” fənnindən “Xalçaların milli ornamentlə bəzədilməsi üçün eskizin hazırlanması”   mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müdiri, dos. Mərdan Məmmədov., kafedranın professor – müəllim heyəti üzvlərindən prof. Şaiq Məmmədov., dos. Akif Hüseynov., b/m. p.f.d. Lalə Cahangirova., p.f.d.b/m. Ruqiyyə Tağıyeva., b/m. Raziyyə Allahveridyeva, müəl.. Ayşə Məmmədova., müəl.Anna Səfərova., müəl.Nəzrin Ağayeva iştirak edirdilər.

Müəllim dərsə yaxşı hazırlaşmışdı. Dərs normal təşkil olunmuşdu. Təşkilati hissə müasir tələblərə uyğun idi. Müəllimə slaydlardan eyni zamanda kağız formasında əyani vəsait nümunələrindən istifadə etdi. Demək olar ki, müəllimin tələbələrə qarşılıqlı ünsiyyəti yaxşı idi.

Yekun olaraq müəllimin keçdiyi acıq dərs qənaətbəxş hesab edildi.