AÇIQ DƏRS – 20.05.2026

20  may  2026 – cı il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının baş müəllimi Əliyeva Afət Həmid qızının  I kurs Texnologiya müəllimliyi  ixtisasında  “Kulinariya”  fənnindən laboratoriya açıq dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu  “Tortların bəzədilməsi və süfrəyə verilməsi texnologiyası” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini, dos. Mətanət Tağıyeva, “ÜTF və texnologiya” kafedrasının professor–müəllim  heyəti üzvlərindən:  dos.Gülçimən əhədova., dos.(attestatsız) Mətanət Sadıxova., b/m. p.f.d. Təranə Verdiyeva., müəl. Afət Məmmədzadəı., müəl. İradə Seyidova., müəl. Samirə Əhmədova iştirak etmişdilər.

Dərs normal təşkil olunmuşdu. Təşkilati hissə müasir tələblərə uyğun idi. B/m. Afət Əliyeva açıq dərsin gedişində  slaydlardan, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə dərs müzakirə edildi və açıq dərs qənaətbəxş  qiymətləndirildi.