




Gəncə Dövlət Universiteti Fizika və Texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının dosenti, rəngkarlıq üzrə mütəxəssis, tanınmış rəssam Akif Hüseynovun Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi Mərkəzində fərdi sərgisi təşkil olunmuşdur.
Sərgi Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş, müəllifin müxtəlif janr və mövzuları əhatə edən rəngkarlıq əsərləri nümayiş etdirilmişdir. Tədbir iştirakçıları rəssamın yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmiş, əsərlərindəki milli-mənəvi dəyərlərin və bədii-estetik xüsusiyyətlərin əhəmiyyətini vurğulamışlar.