[metaslider id=1712]
02 mart 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Rüstəmova Samirə Kamandir qızının IV kurs fizika müəllimliyi ixtisasında “Fizikanın tədrisində qarşıya çıxan problemlər” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Fizika təliminin ənənəvi xüsusiyyətləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev, Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov., dos.E.M.Cavadov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.Y.B.Namazov., dos.E.H.Mövsümov., dos.R.K.Hüseynov., dos.S.P.İsgəndərova., dos.M.C.Tağıyeva., dos.Q.Bəylərov., baş müəllimlər S.Q.Cəfərova., E.M.Məmmədov., L.Ə.Rzayeva., İ.M.Mövsümo-va., müəl. A.Y.İsmayılova iştirak etmişlər.
B\m- p.f.d. S.K.Rüstəmova mövzunu əyani vasitələrdən istifadə etməklə pedaqoji bacarıq nümayiş etdirərək izah etdi. Fizika təliminin ənənəvi və müasir metodlarını tələbələrin iştirakı ilə müqayisəli təhlil etdi.
Açıq dərsin sonunda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs yüksək qiymətləndirildi.