


23 oktyabr 2026-cı il tarixdə “Psixologiya” kafedrasının baş müəllimi Leyla Həsənovanın “Fizika müəllimliyi”, “Texnologiya müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə I kurs tələbələri ilə “Psixologiya” fənnindən “Təxəyyülün psixologiyası” mövzusunda mühazirə açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev., Psixologiya kafedrasının müdiri, dosent Zümrüd Cavadova., kafedranın əməkdaşlarından Aygün Məmmədova., Sevinc Məmmədova., İlahə Kərimova iştirak edirdilər.
Dərsin təchizatı, tələbələrin dərsdə iştirakı və fəaliyyəti normal idi. Müəllim tədris prosesini müasir kommunikasiya texnologiyalarından istifadə edərək, slaydlar və əyani vəsaitlərlə apardı. Mövzunun əhəmiyyəti: Psixi fəaliyyətin ideal modelini yaradır. Təxəyyül fəaliyyətinin İnsana məxsus spesifik xarakterini müəyyənləşdirir, fəaliyyətinə istiqamət verir.
Açıq dərsin sonunda, tələbələrlə birlikdə müzakirədən sonra açıq dərs “əla” qiymətləndirildi.