Fakültəmizin tələbə və əməkdaşları sərgidə iştirak ediblər

Fakültəmizin əməkdaşları və fəal şəhər Yeni Azərbaycan Partiyasının və Əlilliyi olan Şəxslərin Peşə Əmək Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə iştirak ediblər.

Sərgidə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış müxtəlif əl işləri nümayiş olunub. Fakültəmizin nümayəndələri sərgidə təqdim olunan əl işləri ilə yaxından tanış olub, onların hazırlanma prosesi və yaradıcı yanaşmaları ilə maraqlanıblar. Eyni zamanda, əl işlərinin müəllifləri ilə səmimi söhbətlər aparılıb, onların yaradıcılıq fəaliyyəti və peşə bacarıqları haqqında məlumat əldə edilib.

Belə tədbirlər əlilliyi olan şəxslərin yaradıcılıq potensialının tanıdılması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi və inklüziv dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.