




Fakültəmizdə 8 noyabr Zəfər gününə həsr edilmiş “Zəfər” intellektual yarışı keçirilib. Layihənin rəhbəri fakültəmizin aktiv tələbəsi, TGT STAFF heyətinin üzvü Aybəniz Süleymanova olmuşdur.
Yarışda fakültə dekanı professor Muğan Quliyev, humanitar məsələlər üzrə dekan müavini dosent Mətanət Tağıyeva, fakültənin TGT və TEC sədrləri iştirak ediblər. Fakültə dekanı professor Muğan Quliyev çıxış edərək bu cür yarışların daim təşkil edilməsinin vacibliyini qeyd edib. Şəhidlərimizin xatirəsinin daim yaşayacağını vurğulayıb və tələbələrimizə uğurlar arzu edib. Yarışda tələbələrimizə 44 günlük müharibə və zəfər tariximiz haqqında müxtəlif suallar səsləndirilib. Texnologiya müəllimliyi 3 – cü kurs tələbələrindən ibarət “Texniki zəka” komandası birinci yerin qalibi olub. Qalib iştirakçılar sertifikatla təltif edilib.
Fakültəmizdə bu cür layihənin təşkili fakültə rəhbərliyi və tələbələr tərəfindən müsbət qiymətləndirilib.