


İlk öncə dərsə başlamazdan əvvəl Zəfər günü ilə bağlı açıq dərsdə tələbələrə məlumat verildi.
06 noyabr 2026-cı il tarixdə Fizika və Texniki fənlər fakültəsində Təsviri incəsənət kafedrasının baş müəllimi Səriyyə Kazımovanın III kurs Təsviri incəsənət müəllimliyi ixtisasında “DİZAYN” fənnindən “Aksesuarların dizaynı. Mərhələ: Eskizin materiala köçürülməsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekan müavini dosent Elxan İsmayılov., Təsviri incəsənət kafedrasının professor – müəllim heyəti üzvlərindən prof. Şaiq Məmmədov., baş müəllim Raziyyə Allahverdiyeva., b/m. Elnarə Qoşqarlı, baş müəllim Esmira Verdiyeva., baş müəllim Xəyalə Kazımova iştirak edirdilər.
Dərsin təşkilati hissəsi normal idi. Keçmiş mövzuya aid aparılan sual – cavab və yeni mövzunun izahı normal idi. Müəllim dərsdə yeni nominikasiya texnikalarından istifadə etdi. Lakin dərsdə canlılıq hiss olunmurdu.
Ümumilikdə keçirilən açıq dərs qənaətbəxş hesab edildi.