Dərslərdə müəllimlər Zəfər günü ilə bağlı məlumatlar verdi.

Bu gün Zəfər günü ilə bağlı  “Psixologiya”  kafedrasının baş müəllimi Leyla Həsənova  “Fizika müəllimliyi”, “Texnologiya müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə  I kurs tələbələrinə məlumat verdi. Müəllimə bildirdi ki, bizim ən böyük vəzifələrimizdən biri bu tarixi gənc nəslə düzgün çatdırmaqdır. Şagirdlərimiz və tələbələrimiz bilməlidirlər ki, Vətən sevgisi yalnız sözlə deyil, əməllə, məsuliyyətlə, biliklə və milli dəyərlərə hörmətlə ifadə olunur. Biz gələcək nəsillərə yalnız qələbə tariximizi deyil, həm də bu qələbənin hansı fədakarlıqlar bahasına əldə olunduğunu öyrətməliyik. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq.
44 gün – bir xalqın birliyi, bir ordunun qəhrəmanlığı, bir millətin Zəfəri deməkdir!
Qarabağ Azərbaycandır!