[metaslider id=2247]
Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsinə uyğun olaraq Gəncə Dövlət Universitetində şəhər ictimaiyyəti üçün açıq dərslərin keçirilməsi, ənənə şəklini almışdır. Həmin layihəyə uyğun olaraq 26 aprel 2017 – ci ildə GDU – nunj Fizika kafedrasının müdiri dos.N.İ.Quliyevin “Elektrik və canlı orqanizm” mövzusunda şəhər ictimaiyyəti üçün açıq dərsi keçirilmişdir. Açıq dərsdə GDU – nun tədrisi təşkili və təlim texnologiyaları üzrə prorektoru dos.F.Məmmədov., Fizika və texniki fənlər fakültəsinini dekan müavini dos.E.X.İsmayılov., Fizika kafedrasınını professor – müəllim heyəti üzvlərindən 25 nəfəri, GDU – nun fizika və biologiya – kimya fakültəsinin tələbələri, Gəncə şəhərində fəaliyyət göstərən tam orta məktəblərin fizika müəllimləri iştirak etmişlər.
GDU – nun prorektoru dos.F.Məmmədov GDU – nun rektoru prof.Y.Ə.Yusibovun salamını açıq dərs iştirakçılarına çatdırdıqdan sonra reqlament müəyyən edildi və söz məruzəçi dos.N.Quliyevə verildi. Dos.N.Quliyev əyani vasitələrdən istifadə etməklə əvvəlcə elektrik yüklərinin kəşfindən, daha sonra canlı orqanizmdə elektrikin mənbəyindən, bu sahədə Luidji Qalvaninin və Alessandro Volfanın tədqiqatlarından danışdı. Sonra dos.N.Quliyev canlı orqanizmdəki elektrik baxımından elektrokardioqrafiya, elektroensefaloqramma haqqında məlumat verdi. Maqnit sahəsinin o cümlədən maqnit fırtınasının, elektromaqnit dalğalarının canlı orqanizmə təsiri barədə məlumat verdi. Məruzənin sonunda dos.N.Quliyev elektrik cərəyanının canlı orqanizmə zərərli təsirindən başladı. Məruzə maraqla dinlənildi.
Daha sonra dos.N.Quliyev dinləyicilərin çoxsaylı suallarına cavab verdi.
Müzakirələrdə dos.F.Məmmədov., dos.E.X.İsmayılov., dos. V.C.Rüstəmov., dos.Y.Namazov., b/m-F.Hacıyev., b/m-S.Musayev çıxış etdilər. Sonda dos.N.Quliyev açıq dərsin təşkil olunmasında göstərdiyi köməyə görə GDU – nun rektoru prof.Y.Yusibov, prorektor dos.F.Məmmədova və dinləyicilərə təşəkkür etdi.