[metaslider id=2272]
8 may 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasının b/müəllimi Sadıxova Mətanət Şahin qızının II kurs Texnologiya müəllimliyi ixtisasında “Tətbiqi mexanika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Maşın hissələri birləşmələri və onların növləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.Quliyev., ÜTF və texnologiya kafedrasının müdiri, GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov., Fakültənin elmi metodiki şüranın sədri, dos.E.Mövsümov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən: dos.R.Ə.Həsənov., dos.M.Q.Yusifov., b/m-K.R.Məmmədov., lab.müdiri – S.Bağırova., mühənd.proqr.- M.İbrahimova iştirak etmişdir.
B/müəl.M.Ş.Sadıxova açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “əla” qiymətləndirildi.