04.05.2017- ci il tarixdə b/müəl. Hacıyeva Bahar Sabir  qızının   açıq dərsi keçirildi

[metaslider id=2406]

 

04  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya    kafedrasının b/müəllimi Hacıyeva Bahar Sabir  qızının  II(4) kurs  Texnologiya  müəllimliyi  ixtisasında  “Materialşünaslıq”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Metalların torna dəzgahlarında emal edilməsi” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov.,  Fakültə elmi metodik şuranın sədri dos.E.Mövsümov., ÜTF və texnologiya  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən   6 nəfər   iştirak etmişdir.

B/müəl.B.S.Hacıyeva    açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  “əla”  qiymətləndirildi.