15.05.2017- ci il tarixdə müəllimə Həmzəyeva Aysel Yunis  qızının   açıq dərsi keçirildi

[metaslider id=2348]

 

15  may  2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika   kafedrasının müəllimi Həmzəyeva Aysel Yunis  qızının II kurs  Riyaziyyat müəllimliyi  ixtisasında  “Ümumi fizika ”  fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Yerin maqnit sahəsi intensivliyinin üfüqi toplananının tangens –qalvonometr vasitəsi ilə təyini” olmuşdur.

Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri, dos.N.Quliyev., GDU  rektorunun səlahiyyətli nümayəndəsi  dos.C.İbrahimov., Fakültə Elmi metodiki şürasının sədri – dos.E.Mövsümov., Fizika  kafedrasının  professor – müəllim  heyəti üzvlərindən:  dos.R.İmanov., dos.V.Rüstəmov., dos.M.Tağıyeva., b/m – K.Həsənova., müəl.R.Abbasov., müəl.N.Verdiyeva    iştirak etmişdir.

Müəllimə A.Həmzəyeva   açıq dərsin gedişində  əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə  çatdırdı.

Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs  “yaxşı”  qiymətləndirildi.