[metaslider id=2317]
16 may 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya kafedrasının b/müəllimi Verdiyeva Təranə Zahid qızının II kurs Təsviri İncəsənət müəllimliyi ixtisasında “Perspektiva” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kölgənin perspektivinin qurulması” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin ÜTF və Texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov., Fakültənin Dekan müavini dos. E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının professor – müəllim heyəti üzvlərindən 6 nəfər iştirak etmişdir.
B/müəl.T.Z.Verdiyeva açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs “yaxşı” qiymətləndirildi.