[metaslider id=2356]
16 may 2017 – ci il tarixdə GDU – nun Fizika və texniki fənlər fakültəsində məzun gününə həsr edilmiş tədbir oldu. Tədbir GDU – nun II Tədris bunasının iclas zalında keçirildi.
Bayram havasında keçən şənlik fakültə dekanlığının (dekan prof.M.Quliyev) rəhbərliyi və aktiv tələbələrimizin çalışmaları nəticəsində hazırlanmışdı. Tədbirin hazırlanmasında və keçirilməsində tələbələrimizdən fakültə tələbə gənclər təşkilatının sədri I kurs tələbəsi Əminə Əliyevanın, fakültə tələbə həmkarlar təşkilatının sədri I kurs tələbəsi Ulduz Nəsrullayevanın və III kurs tələbəsi Təhminə Əliyevanın əməklərini xüsusi qeyd etmək lazımdır.
Tədbir başlandıqda salon fakültəmizin məzunları və onları təbrik etməyə gələn aşağı kurs tələbələri, fakültənin professor – müəllim və tədris – köməkçi heyəti tərəfindən tam doldurulmuşdu.
Şənliyi giriş sözü ilə fakültə dekanı, professor M.Quliyev açdı. O, məzunları təbrik etdi, onlara bundan sonrakı şəxsi və məsləki həyatlarında uğurlar arzuladı. O, qeyd etdi ki, tələbələrimizin texniki təchizatı yüksək səviyyədə olan təmiz və səliqəli auditoriyalarda təhsil alması möhtərəm prezidentimiz İlham Əliyev cənablarının elmə və təhsilə göstərdiyi böyük qayğının və diqqətin nəticəsidir.
Məzunlarımızdan olan Mobil Qarayev (Təsviri incəsənət müəllimliyi ixtisası), Ayşən Axundova (fizika müəllimliyi ixtisası), çıxış edərək tələbəlik həyatından təəssüratlarını bölüşdülər, universitetimizin rektoru professor Yusif Yusibova, fakültə rəhbərliyinə və professor müəllim heyətinə minnətdarlılarını bildirdilər.
Fakültəmizin özfəaliyyət kollektivi bir – birindən gözəl mahnı və rəqsləri ilə şənliyə gözəllik qatdılar.
Gəncə şəhər Musiqi Kollecinin tələbələrinə tədbirimizdə iştirak etdiklərinə görə təşəkkür edir və onlara bu şəraiti yaratdıqları üçün Musiqi Kollecinin rəhbərliyinə öz minnətdarlığımızı bildiririk.