[metaslider id=2332]
17 may 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının b/müəllimi Abdullayev Sabir Müseyib oğlunun II kurs Riyaziyyat İnformatika müəllimliyi ixtisasında “Fizika” fənnindən açıq dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “İşığın maddə ilə qarşılıqlı təsiri. Foroelektrik effekti. Fotoeffektin kvant nəzəriyyəsi. Eynşteyn tənlikləri” olmuşdur.
Açıq dərsdə Fizika və texniki fənlər fakültəsinin Fizika kafedrasının müdiri, dos.N.Quliyev., GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov., Fizika kafedrasının professor – müəllim heyəti üzvlərindən dos.E.İsmayılov., dos.R.Hüseynov., dos.R.İmanov., dos.S.Əliyev., b/m-K.Həsənova., dos.M.Tağıyeva., müəl.A.Həmzəyeva., b/m-L.Rzayeva., b/m-E.Məmmədov iştirak etmişdir.
B/müəl.S.M.Abdullayev açıq dərsin gedişində əyani vasitələrdən, müasir texnologiyalardan geniş istifadə edərək mövzunu tələbələrə çatdırdı.
Açıq dərsin yekununda tələbələrin və professor – müəllim heyəti üzvlərinin iştirakı ilə müzakirə edildi və açıq dərs 31 balla “əla” qiymətləndirildi.