17.10.2017 –ci il tarixdə dos. Mətanət Camal qızı Tağıyevanın  açıq dərsi keçirildi

 

17.10.2017 – cı il tarixdə Fizika  kafedrasının dosenti Mətanət Camal qızı Tağıyevanın “Fizika müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Kvant mexanikası” fənnindən  “Zərrəciyin potensial çəpəri keçməsi. Düzbucaqlı potensial çəpərdə zərrəciyin hərəkəti. Tunel effekti” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndələri dos.C.H.İbrahimov və dos.E.M.Cavadov, Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev.,   kafedranın  professor – müəllim heyətinin üzvlərindən 6 nəfəri  iştirak  etdilər.

Dos.Tağıyeva M.C. dərsi keçmiş mövzu ilə əlaqələndirərək, yeni movzunun tədrisi diskussiya şəklində aparılmışdır. Dərsdə müasir  təlim texnologiyalarından istifadə edilmişdir. Qrafik və sxemlər proyektor vasitəsilə izah edilirdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  “əla” qiymətlə qiymətləndirildi.