[metaslider id=2729]
13.10.2017 – cı il tarixdə Təsviri incəsənət kafedrasının baş müəllimi Esmira Hüseyn qızı Verdiyevanın “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə “Vitraj” fənnindən “Süjetli kompozisiya. Yekun işçi eskiz üzərində iş” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov, Təsviri incəsənət kafedrasının müdiri, dos.M.Məmmədov, kafedranın professor – müəllim heyətinin üzvlərindən 5 nəfər iştirak etdilər.
B/müəl.E.H.Verdiyevanın dərsi laborator məşğələsi idi. Laborator məşğələsində təşkilati hissə dərsin vacib mərhələsi sayılır ki, E.Verdiyeva da onu normal təşkil etmişdir.
Dərsin izahı zamanı işçi eskizi hamının iştirakı ilə seçildi. İşçi eskizin seçilməsi zamanı müasir texnologiyadan istifadə edərək vitraj eskizlərinin nümunələri və işlənmə metodikası nümayiş etdirildi.
Açıq dərs tələbələr və müəllim heyəti tərəfindən “yaxşı” qiymətləndirildi.