25.10.2017 – cı il tarixdə Fizika kafedrasının b/müəl. Elçin Misir oğlu Məmmədovun “Texnologiya müəllimliyi” ixtisası üzrə III kurs tələbələri ilə “Elektrotexniki işlərin icra texnologiyası” fənnindən “Üçfazalı asinxron mühərrikin quruluşu. Iş prinsipi, güc itgiləri və f.i.ə.” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə Fizika kafedrasının professor – müəllim heyətinin üzvlərindən dos.E.Mövsümov., dos.S.Əliyev., dos.E.İsmayılov., dos.Y.Namazov., dos.S.İsgəndərova., b/müəl.S.Rüstəmova., b/müəl.S.Musayev., müəl.R.Abbasov., müəl.A.Həmzəyeva iştirak etdilər.
B/müəl.E.M.Məmmədov dərsi keçmiş mövzu ilə əlaqələndirərək, yeni movzunun tədrisi diskussiya şəklində aparılmışdır. Dərsdə müasir təlim texnologiyalarından istifadə edilmişdir. Qrafik və sxemlər proyektor vasitəsilə izah edilirdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirildi.