[metaslider id=2754]
25.10.2017 – cı il tarixdə Fizika kafedrasının müəl. Həmzəyeva Aysel Yunis qızının “Fizika müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “Elektromaqnetizm” fənnindən “Om qanununa əsasən naqillərin xüsusi müqavimətinin təyini” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.E.M.Cavadov , Fizika və texniki fənlər fakültəsinin dekanı, prof.M.S.Quliyev, Fizika kafedrasının müdiri, yoxlama komissiyasının üzvü dos.N.İ.Quliyev., kafedranın professor – müəllim heyətinin üzvlərindən 7 nəfəri iştirak etdilər.
Müəl.A.Y.Həmzəyeva dərsi keçmiş mövzu ilə əlaqələndirərək, yeni movzunun tədrisi diskussiya şəklində aparılmışdır. Dərsdə müasir təlim texnologiyalarından istifadə edilmişdir.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən “əla” qiymətlə qiymətləndirildi.