07.XI.2017- ci il tarixdə b/müəllim Həsənova Emilya Məmməd qızının açıq dərsi keçirildi

[metaslider id=2908]

07.XI.2017 – cı il tarixdə Təsviri incəsənət kafedrasının b/müəllimi  Həsənova Emilya Məmməd qızının “Təsviri incəsənət  müəllimliyi” ixtisası üzrə  III kurs tələbələri ilə “Təsviri incəsənət və onun tədrisi metodikası” fənnindən  “İncəsənət haqqında müşahidə məşğələsi üçün əyani vəsaitin hazırlanması” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi dos.C.H.İbrahimov,  Fizika kafedrasının müdiri, yoxlama komissiyasının  üzvü dos.N.İ.Quliyev.,  Təsviri incəsənət kafedrasının müdiri dos.M.Məmmədov.,  kafedranın  professor – müəllim heyətinin üzvlərindən  dos.A.Ə.Hüseynov., b/müəl.R.Q.Allahverdiyeva., b/müəl.E.Q.Rəsulova., b/müəl.E.Q.Verdiyeva., b/müəl.X.E.Kazımova., müəl.L.V.Cahangirova., müəl.A.Ə.Məmmədova  iştirak  etdilər.

B/müəl. E.M.Həsənova ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.

Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən  açıq dərs “əla” qiymətlə qiymətləndirildi.