[metaslider id=2918]
08 noyabr 2017 – ci il tarixdə GDU – nun Fizika kafedrasında 2017/2018 – ci tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq növbəti açıq dərs keçirilmişdir. Açıq dərs Fizika və texniki fənlər fakültəsinin III kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasınını baş müəllimi Sevinc Ramazan qızı İmanova tərəfindən astronomiya fənnindən seminar məşğələsi şəklində aparılmışdır.
Açıq dərsin mövzusu “Dünyanın geosentrik sistemi. Planetlərin hərəkət qanunları. Kepler qanunları. Planetlərin günəşdən orta məsafəsinin təyini” olmuşdur.
Açıq dərsdə GDU rektorunun nümayəndəsi ÜTF və texnologiya kafedrasının müdiri, dos.E.M.Cavadov, Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev, və 14 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişdir.
S.R.İmanova müasir təlim vasitələrindən istifadə etməklə, mövzunu hərtərəfli və geniş izah etdi. O, tələbələri müasir təlim metodlarına uyğun olaraq, mövzunun izahına cəlb etməklə, yüksək pedaqoji bacarıq və fənn üzrə bilik nümayiş etdirdi.
Açıq dərsin yekununda tələbələrin iştirakı ilə müzakirə aparıldı və açıq dərs 31 balıla “əla” qiymətləndirildi.