[metaslider id=3029]
20.XI.2017 – cı il tarixdə “ÜTF və texnologiya” kafedrasının b/müəllimi Hüseynova Gülbəniz Qurban qızının “Texnologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbələri ilə “Ağac məmulatının hazırlanma texnologiyası” fənnindən “Ağac məmulatının detallarının birləşdirilməsi” mövzusunda açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun səlahiyyətli nümayəndəsi, kafedra müdiri dos.E.M.Cavadov., Fizika və texniki fənlər fakültəsinin dekan müavini dos.E.X.İsmayılov., ÜTF və texnologiya kafedrasının kafedranın professor – müəllim heyətinin üzvlərindən dos.Yusifov M.Q., dos.Əhədova G.R., b/müəl.Hacıyeva B.S.., b/müəl.T.Z.Verdiyeva., b/müəl.Məmmədov K.R.., iştirak etdilər.
B/müəl. Hüseynova G.Q. ilk növbədə tələbələrin dərsə davamiyyətini yoxlayıb, sinif jurnalında qeydiyyat apardı. İKT imkanlarından istifadə edərək proyektorla kurikulum üsulundan istifadə etməklə dərsə başladı. Slaytda mövzu ilə bağlı reproduksiyaları tələbələrə göstərib, motivasiyaya uyğun sorğu apararaq, tələbələri bu sorğuya cəlb etdi.
Açıq dərsin sonunda tələbələr və müəllim heyəti tərəfindən açıq dərs “əla” qiymətlə qiymətləndirildi.