[metaslider id=3023]
20 noyabr 2017 – ci il tarixdə GDU – nun Fizika kafedrasında 2017/2018 – ci tədris ilinin I yarısı üçün açıq dərslərin qrafikinə uyğun olaraq növbəti açıq dərs keçirildi. Açıq dərs Fizika və texniki fənlər fakültəsinin II kurs fizika müəllimliyi ixtisasında Fizika kafedrasının dosenti İsgəndərova Səyyarə Paşa qızının tərəfindən “Klassik mexanika” fənnindən “İki cisim məsələsi. Elastiki toqquşma”mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə GDU rektorunun nümayəndələri dos.E.M.Cavadov, dos.C.H.İbrahimov., Fizika kafedrasının müdiri, dos.N.İ.Quliyev vəFizika kafedrasının professor – müəllim heyəti üzvlərindən 12 nəfəri iştirak etmişdir.
Dos.S.P.İsgəndərova açıq dərsin məqsədi; iştirak edənlər barədə tələbələrə məlumat verdikdən sonra, əvvəlki mövzu ətrafında tələbələrlə sorğu keçirdikdən sonra, yeni mövzunu müasir təlim vasitələrindən istifadə etməklə ətraflı izah etdi. Çətin riyazi ifadələrin çıxarılmasında və izahatında xüsusi bacarıq və pedaqoji ustalıq nümayiş etdirdi.
Açıq dərsin yekununda tələbə və müəllimlərin iştirakı ilə müzakirə keçirildi və açıq dərs 29 balla “əla” qiymətləndirildi.