21.XI.2017ci il tarixdə Fizika kafedrasının ELMİ NƏZƏRİ  SEMİNARI keçirildi. 

[metaslider id=3051]

21 noyabr 2017 – ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında növbəti elmi – nəzəri seminar keçirilmişdir. Seminarda Fizika kafedrasının baş müəllimi Seyfəddin Xəlil oğlu Musayev “Yadplanetlilər və onların Yerdə  təzahür formaları”mövzusunda məruzə  ilə çıxış etmişdir. Seminarda Fizika  kafedrasının müdiri dos.N.İ.Quliyev,  professor – müəllim heyəti üzvlərindən 18 nəfəri, Fizika və texniki fənlər fakültəsinin fizika müəllimliyi ixtisasının I, II, III və IV kurs tələbələrindən  30 nəfər və 5 nəfər dəvət olunanlar iştirak etmişlər.

Seminara dos.N.İ.Quliyev giriş  sözü ilə başlayaraq, bildirdi ki, kafedranın elmi seminar mövzuları müxtəlifdir.  Bu mövzular içərisində elələri vardır ki, həmin mövzular məlumatımız  az olan, lakin daim maraq mərkəzində olan hadisə və proseslərə  həsr olunmuşdur ki, bu da bizim məlumat  bazamızın ziyalı kimi daha zəngin olmasına  xidmət edir. Belə mövzulardan biri də  bu günkü mövzudur.

Daha sonra S.X.Musayev yadplanetlilər barədə mövcud  olan materiallar  əsasında  hazırladığı videogörüntüləri təqdim etdi və fizika elmi nöqteyi nəzərindən  bu sahədə olan nəzəriyyələr barədə məlumat verdi.  Müəllim və tələbələrin  çoxsaylı  suallarını cavablandırdı.

Məruzə ətrafında  müzakirələrdə  maraqlı çıxışlarla  dos.E.Mövsümov., dos. S.Vəliyev., dos.V.Rüstəmov., dos.Y.Namazov, b/m.S.Abdullayev.,  b/m. E.Məmmədov və başqaları iştirak etdilər.