[metaslider id=3072]
24 noyabr 2017 ci il tarixdə GDU-nun Fizika kafedrasının gənc müəlliməsi Seyidova İradə Adil qızının Fizika və texniki fənlər fakültəsinin III kurs Fizika müəllimliyi ixtisasında “Atom fizikası” fənnindən laboratoriya məşğələsi üzrə açıq dərsi keçirildi.
Açıq dərsdə GDU rektorunun nümayəndəsi, ÜTF və texnologiya kafedrasının müdiri dos.E.M.Cavadov., Fizika kafedrasının müdiri dos.N.İ.Quliyev., kafedranın 14 nəfər professor – müəllim heyəti üzvləri iştirak etmişdir.
Açıq dərsdə “Spektroskopun dərəcələnməsi” və “Elektronun xüsusi yükünün təyini” mövzuları üzrə laboratoriya işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdu.
Gənc müəllimə İ.A.Seyidova laboratoriya işlərinin nəzəri hissəsi, istifadə ediləcək qurğular barədə texniki təlim vasitələrindən istifadə etməklə ətraflı məlumat verdi və bununla da pedaqoji qabiliyyətinin lazım olan səviyyədə olduğunu göstərdi. Daha sonra İ.A.Seyidova tələbələri işə hazırlıq səviyyəsini, sorğu – cavab şəklində yoxladıqdan sonra, onların işə başlamasına köməklik göstərdi. Dərsin sonunda tələbələrin aldığı nəticələr təhlil edildi.
Açıq dərsin sonunda tələbələrin fakültə dekanı, prof.M.S.Quliyev, kafedra müdiri dos.N.İ.Quliyevin, fakültə metodiki şurasının sədri dos.E.H.Mövsümovun və kafedranın müəllimlərinin iştirakı ilə müzakirə keçirildi və İ.A.Seyidovanın açıq dərsi 23 balla “yaxşı” qiymətləndirildi.